Paşinyan da sərhədlə bağlı komissiya yaratdı

 Paşinyan da sərhədlə bağlı komissiya yaratdı
  23 May 2022    Oxunub:676
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya Baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək. Eyni zamanda komissiyanın tərkibinə nazirliklərin və digər strukturların nümayəndələri də daxil olacaqlar.

Yəni komissiyada Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, müdafiə nazirinin müavini Arman Sarkisyan, ədliyyə nazirinin müavini Qriqor Minasyan və ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan, beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə Yeqişe Kirakosyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arakel Martikyan, Kadastr Komitəsinin rəis müavinləri Narine Avakyan və Aram Quqarats, Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan, MTX-nin departamentlərdən birinin rəhbəri D.Sanamyan və Ermənistan Silahlı Qüvvələrinin Hərbi Topoqrafik Xidmətinin rəisi Sergey Petrosyan yer alacaqlar.

AzVision.az



Teqlər: Sərhəd  





Xəbər lenti