Çexiyadakı Rusiya əmlakları yoxlanılacaq

Çexiyadakı Rusiya əmlakları yoxlanılacaq
  23 May 2022    Oxunub:1380
Çexiyanın xarici işlər naziri Yan Lipavski Rusiya tərəfindən istifadə olunan daşınmaz əmlaklarla bağlı münasibətlərin korrektə etmək məqsədi ilə bağlı işçi qrupu yaradıb.
AzVision.az xəbər verir ki, bu barədə CTK xəbər agentliyi XİN-nin rəsmisi Lenka Doya istinadən məlumat yayıb.

“Bir sıra binalara gəlincə, onların həqiqətən də beynəlxalq konvensiyalara uyğun olaraq diplomatik fəaliyyətlər üçün istifadə edilməsinə ciddi şübhələrimiz var. Söhbət 50-yə yaxın binada gedir. Onlar Praqada və Çexiyanın digər yerlərində yerləşirlər”-o, vurğulayıb.


AzVision.az



Teqlər: Çexiya   Rusiya  





Xəbər lenti