"Meymunçiçəyinə görə kütləvi peyvəndləməyə ehtiyac yoxdur" - ÜST

   "Meymunçiçəyinə görə kütləvi peyvəndləməyə ehtiyac yoxdur" -    ÜST
  24 May 2022    Oxunub:696
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika qitəsindən kənarda yayılan meymunçiçəyi xəstəliyinə əhalinin təcili kütləvi peyvəndlənməsini tələb edəcəyinə inanmır.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ÜST-nin nümayəndəsi Riçard Pibodiyə istinadən məlumat yayıb.

"Biz əhalinin kütləvi peyvəndlənməsinə doğru irəlilədiyimiz vəziyyətdə deyilik. Bu xəstəliklə mübarizə üçün dərhal istifadə edilə biləcək peyvəndlərin və virusa qarşı dərmanların ehtiyyatı məhduddur. Təhlükəsiz cinsi davranış, gigiyena qaydalarına riayət etmə, tez-tez əlləri yuma virusun yayılmasını məhdudlaşdırmağa kömək edəcək", - deyə R.Pibodi bildirib.

Aprel və may aylarında bir sıra Qərbi Avropa ölkələrində yayılan meymunçiçəyi virusu digər qitələrdə də aşkarlanıb. Son zamanlar, xüsusilə, Avstraliya, Belçika, Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa, İsveçrə və İsveçdə yoluxma halları qeydə alınıb.

AzVision.az


Teqlər:



Xəbər lenti