"Qeydiyyatsız məhsulların gətirilməsi texniki cəhətdən mümkün deyil" - AQTA
Sədr bildirib ki, artıq Azərbaycana idxal olunan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatların idxal prosesi daha da təkmilləşdirilib, elektron sistem vasitəsilə həyata keçirilir: "Elektron sistemdə tətbiq olunan yeniliyə əsasən, artıq respublika ərazisinə sınaqdan keçirilməyən, istifadəsinə icaza verilməyən, qeydiyyatsız məhsulların gətirilməsi texniki cəhətdən mümkün deyil. AQTIS-ə tətbiq edilən yeni modul özündə rəsmi qeydiyyatda olan aqrokimyəvi vasitələr, pestisidler, bioloji preparatlar, baytarlıq preparatları və yem əlavələrinin reyestrini ehtiva edir. Bu da ölkəyə yalnız qeydiyyata alınan va dövriyyəsina icazə verilən məhsulların idxal olunmasını təmin edir."
Müvafiq sahədə yeni çağırışlar və perspektivlarə toxunan sədr əlavə edib ki, qarşıda bitki sağlamlığı sahəsində hüquqi islahatların dərinləşdirilməsi və beynəlxalq tələblərə tam uyğunlaşdırılması, fitosanitar nəzarət və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və innovativ hallarin geniş tətbiqi, özəl sektorun bitki sağlamlğinın təmin olunmasında rolunun və məsuliyyətinin artırılması məqsədilə müvafiq mexanizmlərin formalaşdırılması kimi mühüm hədəflər dayanır.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


