Bakıda təyyarə və vertolyotların sınaq uçuşları keçirilir

   Bakıda təyyarə və vertolyotların sınaq uçuşları keçirilir
  24 May 2022    Oxunub:975
“TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində Bakıda təyyarə və vertolyotların sınaq uçuşları keçirilir.
Bu barədə AzVision.az - a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

“Mayın 26-29-da Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. İctimaiyyətin diqqətinə çatdırırıq ki, festivala hazırlıq çərçivəsində Dənizkənarı bulvar ərazisində təyyarələrin və vertolyotların sınaq uçuşları həyata keçirilir.

Sözügedən uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək”, - nazirlikdən qeyd olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti