"Dünyada buğda, bitki yağı və gübrə çatışmazlığı var" - Peter Mixalko

  "Dünyada buğda, bitki yağı və gübrə çatışmazlığı var" -    Peter Mixalko
  24 May 2022    Oxunub:962
"COVID pandemiyası göstərdi ki, xarici şoklara qarşı mübarizə dayanıqlı sistemlə mümkündür".
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib. O bildirib ki, ilin əvvəlindən buğda, bitki yağı, gübrə çatışmazlığı ilə bağlı problemlər yaşanılır:

"Kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi Avropa İttifaqı üçün önəmlidir. Ticarət tərəfdaşları və partnyorlarımızla dayanıqlı sistemləri qurmaq niyyətindədidədyik. Azərbaycan bu cəhətdən gözəl nümunədir. Burada yaxşı kənd təsərrüfatı təcrübələrini tətbiq edirik".

P.Mixalko Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa İttifaqına ixracının dəstəkləndiyini və gələcəkdə bu sayın artacağına ümid etdiyini deyib.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti