Din xadimi işləmək istəyənlərin dini ali və orta təhsili olmalıdır

   Din xadimi işləmək istəyənlərin dini ali və orta təhsili olmalıdır
  24 May 2022    Oxunub:1537
"Azərbaycanda İslam dininə aid ibadat yerlərində və ziyarətgahlarda din xadimi kimi fəaliyyət göstərmək üçün dini ali və orta ixtisas təhsil olmalıdır".
AzVision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Gündüz İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, din xadimləri təyin etmək üçün müsahibə və attestasiya komissiyaları yaradılıb və din xadimi işləmək üçün tələblər müəyyən edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, diplomu olmayan din xadimləri işdən azad edilməsi mərhələli şəkildə getməlidir.

"Biz desək ki, sabahdan onları işdən azad etməliyik, doğru olmaz. Bu mərhələli şəkildə həyata keçiriləcək. Bununla bağlı attestasiya nəzərdə tutulub. Onlar mərhələli şəkildə diplomu olan din xadimlərilə əvəz olunacaq”, - deyə sədr müavini vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti