"Ukraynada ABŞ haubitsalarının saxlanıldığı anbar məhv edilib"

"Ukraynada ABŞ haubitsalarının saxlanıldığı anbar məhv edilib"
  24 May 2022    Oxunub:797
Rusiya təyyarələri Ukraynada nəhəng sursat anbarını yüksək dəqiqlikli raketlərlə vurub. Anbarda Amerikanın M777 haubitsaları və mərmiləri saxlanılıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov brifinq zamanı məlumat verib.
Onun sözlərinə görə, raketlər üç idarəetmə məntəqəsini, Ukraynaya məxsus canlı qüvvələr və hərbi texnikaların cəmləşdiyi 36 ərazini, Soledar ərazisində 14-cü mexanikləşdirilmiş briqadanın özüyeriyən artilleriya diviziyasını, eləcə də altı sursat anbarını sıradan çıxarıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti