"Bitki sağlamlığı haqqında" qanun layihəsi hazırlanır

   "Bitki sağlamlığı haqqında" qanun layihəsi hazırlanır
  24 May 2022    Oxunub:927
Azərbaycanda bitki sağlamlığı sahəsindəki islahatlar və yeniliklər açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov Bitki Sağlamlığı Forumunda deyib. O bildirib ki, Azərbaycanda "Bitki sağlamlığı haqqında" qanun layihəsi hazırlanır.

"Hazırda qanun layihəsinin ilkin versiyası hazırdır. Layihənin hazırlanmasında məqsəd bitki məhsullarına nəzarətin gücləndirilməsi və beynəlxalq ticarətin asanlaşdırılmasıdır".

Aparat rəhbəri gələcək hədəflərdən də söz açıb. Belə ki, hədəflər arasında zərərvericilərə dair risklərin idarə edilməsi
sisteminin qurulması, zərərvericilərdən azad zona və təsərrüfatlar yaradılması, Milli Monitorinq Planının icrasının nəticələri əsasında ölkə üzrə zərərvericilərin yayılma arealının xəritələşdirilməsi, bitki mühafizəsi vasitələrinin qeydiyyatının və idxalı prosedurlarının sadələşdirilməsi yer alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti