Patruşev: “ABŞ yeni patogenlər yaratmaq üçün milyardlar xərcləyir”

      Patruşev:    “ABŞ yeni patogenlər yaratmaq üçün milyardlar xərcləyir”
  24 May 2022    Oxunub:939
Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev ABŞ-ın yeni patogenlərin yaradılmasına əhəmiyyətli xərcləmələrinə diqqət çəkib.
O, “Arqumentı i faktı” nəşrinə müsahibəsində Qərb əczaçılıq şirkətlərinin təhlükəli xəstəliklərin yayılmasında və bəşəriyyətin gündəlik olaraq dərmanlardan asılılığında maraqlı olması ilə bağlı fikirləri şərh edib.

“Bəzi ekspertlər texnogen koronavirus infeksiyası ilə bağlı rəy bildirirlər ki, bu infeksiya bir sıra iri transmilli əczaçılıq şirkətlərinin köməyi ilə Pentaqonun laboratoriyalarında yaradıla bilərdi. Klintonların, Rokfellerin, Sorosun və Baydenin vəsaitləri dövlət zəmanəti ilə bu işə cəlb edilib. Vaşinqton bəşəriyyətin sağlamlığının qayğısına qalmaq əvəzinə, yeni patogenlərin öyrənilməsinə milyardlar xərcləyir”, - Təhlükəsizlik Şurasının katibi bildirib.

O, həmçinin qeyd edib ki, Qərb təbabəti getdikcə daha çox gen mühəndisliyi, sintetik biologiya üsullarını tətbiq edir və bununla da süni və təbii arasındakı sərhədi bulandırır.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Qərb   Dərman   ABŞ  





Xəbər lenti