Ayaz Salayev sədr seçildi

Ayaz Salayev sədr seçildi
  24 May 2022    Oxunub:1088
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdində Ekspert Şurası yaradılıb.
Kinostudiyadan AzVision.az - a verilən məlumata görə, beş nəfərdən ibarət olan Şuraya sədrlik Əməkdar incəsənət xadimi Ayaz Salayevə tapşırılıb.

Şuranın üzvləri - aktrisa, Xalq artisti Mehriban Zəki, Əməkdar incəsənət xadimi Əli Əmirli, sənətşünas, kino redaktoru Nadir Bədəlov, dramaturq, ssenarist İsmayıl İmandır. Ekspert Şurasının məsul katibi Leyla Vəzirzadədir.

Şura üzvləri dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin, digər audiovizual əsərlərin istehsalı, eləcə də ssenari portfelinin formalaşdırılması üçün müsabiqələrin təşkilini həyata keçirəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti