Gürcüstan-Azərbaycan quru sərhədlərinin açılması nəzərdən keçirilir

   Gürcüstan-Azərbaycan quru sərhədlərinin açılması nəzərdən keçirilir
  24 May 2022    Oxunub:1138
Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanla quru sərhədlərinin açılması məsələsini nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, hər iki ölkənin fəal əməkdaşlığı sayəsində hava nəqliyyatı ilə hərəkət edən sərnişinlərlə bağlı məhdudiyət ləğv edilib:

"Yerüstü nəqliyyatla hərəkət edən sərnişinlərə gəldikdə bu istiqamətdə qaydaların yumşalması üçün işlər aparılır".

Qeyd edək ki, Gürcüstanla Azərbaycan arasında quru sərhədlərinin açılması məsələsi bir neçə dəfə rəsmilər arasında müzakirə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti