İtaliya saytları İlham Əliyevin Brüssel səfərindən yazdı

   İtaliya saytları İlham Əliyevin Brüssel səfərindən yazdı
  24 May 2022    Oxunub:1133
İtaliyanın müxtəlif kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərinə geniş diqqət ayırıb.
“Giornale Diplomatico”, “Notizie Geopolitiche”, “Kmetro0”, “Agenzia Nova”, “Eunews”, “Conquiste del Lavoro” kimi xəbər portallarında dərc olunan yazılarda Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək, eyni zamanda, Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirdiyi qeyd edilib.



Prezident İlham Əliyevin Şarl Mişelin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyi bildirilib. Yazılarda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlamasına, eləcə də görüşdə əldə olunan razılıqlara yer verilib.

AzVision.az


Teqlər: İtaliya   İlham-Əliyev  





Xəbər lenti