Robot Azov sahilini minalardan belə təmizləyir - VİDEO

   Robot Azov sahilini minalardan belə təmizləyir -    VİDEO
  24 May 2022    Oxunub:1207
Rusiya Silahlı Qüvvələrinin mühəndis bölmələri Mariupol limanı ərazisində Azov dənizi sahillərinin minalardan təmizlənməsini həyata keçirir. AzVision.az xəbər verir ki, bununla bağlı məlumat yayan Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, mühəndis işləri Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin mütəxəssisləri tərəfindən reallaşdırılır.
İstehkamçılar son döyüşlər zamanı partlamamış hərbi sursat aşkar ediblər. Sonra mərmilər və minalar partladılıb.
Əməliyyatda “Uran-6” robot-minatəmizləmə kompleksindən istifadə olunur.

Qeyd edilir ki, Azov dənizi sahillərinin 50 kilometrdən çox hissəsi artıq yoxlanılıb və 300-dən çox müxtəlif sursat zərərsizləşdirilib.


Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Mina  





Xəbər lenti