Mariupolda dağıntılar altından 200-ə yaxın çürümüş cəsəd tapıldı

   Mariupolda dağıntılar altından    200-ə yaxın çürümüş cəsəd tapıldı
  24 May 2022    Oxunub:676
Ukraynanın Mariupol şəhərində yerləşən zirzəmilərdən birinin dağıntıları altında 200-ə yaxın cəsəd tapılıb. AzVision.az xəbər verir ki, bu barədə Mariupol merinin mətbuat katibi Petr Andryuşşenko özünün Telegram-kanalında məlumat verib.
“Mariupol. Məzarlıq. Mira prospektində, şəhərətrafı yanacaqdoldurma məntəqəsi-2 ərazisində hündürmərtəbəli binanın dağıntılarını təmizləyərkən zirzəmidə 200-ə yaxın meyit tapılıb”-deyə, o bildirib.

Andryuşşenko əlavə edib ki, cəsədlər yerində qalıb, qismən sökülən dağıntılar səbəbindən üfunət iyi demək olar ki, bütün kvartalda hiss olunur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ukrayna  





Xəbər lenti