Pandemiyadan varlananlar: Daha 573 nəfər milyarderlər klubuna qoşuldu

      Pandemiyadan varlananlar:    Daha 573 nəfər milyarderlər klubuna qoşuldu
  24 May 2022    Oxunub:864
Dünyada əsas istehlak mallarının dəyəri onilliklər ərzində görünməmiş səviyyədə artarkən, qida və enerji sektorunda çalışan milyarderlər hər iki gündə sərvətlərinə daha 1 milyard dollar əlavə edirlər.
AzVision.az Oxfam Konfederasiyasının yayımladığı “Profiting from Pain” adlı hesabata istinadən xəbər verir ki, pandemiya zamanı milyarderlər klubuna daha 573 nəfər qoşulub, hər 30 saatda isə daha bir nəfər milyarder olub.

Hesabatda 2022-ci ildə hər 33 saatda daha bir milyon insanın və ya ümumilikdə təxminən 263 milyon şəxsin ifrat yoxsulluğa sürüklənəcəyi təxmin edilir. Hesablanıb ki, orta səviyyələrdə olan bir işçinin yüksək pillədə olanla eyni qazancının olması üçün 112 il işləməlidir.

Araşdırmaya görə, milyarderlərin sərvəti COVID-19-un ilk 24 ayında son 23 ilin ümumi gəlirindən çox olub. Milyarderlərin sərvəti qlobal ÜDM-in 13,9 faizinə bərabər olub ki, bu da 2000-ci ildəki göstərici üç dəfə çoxdur. İnhisarçılığın geniş yayıldığı enerji, qida və əczaçılıq sənayesindəki şirkətlərin rekord qazanc əldə etsə də, işçilərin maaşları demək olar ki, artmayıb. Ərzaq və enerji milyarderlərinin sərvəti son iki ildə 453 milyard dollar artıb, eyni zamanda bu sıraya 62 yeni qida milyarderi də daxil olub. Pandemiya 40 yeni əczaçılıq milyarderinin ortaya çıxmasına da səbəb olub. "Moderna" və "Pfizer" kimi şirkətlər hər saniyədə 1,000 dollar qazanc əldə edərək, hökumətlərə peyvəndlərin dəyərinin 24 dəfə çoxunu təklif edirdilər.

Aytən Zəhra
AzVision.az





Teqlər:





Xəbər lenti