“WhatsApp” bəzi “iPhone”larda işləməyəcək

      “WhatsApp” bəzi “iPhone”larda işləməyəcək
  24 May 2022    Oxunub:1695
“WhatsApp” mesenceri “Apple” şirkətinin istehsalı olan iki smartfonda tətbiqi dəstəkləməyi dayandırmağa hazırlaşır. AzVision.az -ın məlmatına görə, bu barədə WABetaInfo şirkətin daxili sənədlərinə istinadən xəbər verir. “WhatsApp” yaxın aylarda iOS-un müəyyən versiyaları ilə işləməyi dayandırmağı planlaşdırır.
Söhbət əməliyyat sisteminin 10-cu və 11-ci versiyalarından gedir. Məhz iOS 11 2012-ci ildə təqdim edilən “iPhone 5” və “iPhone 5C” smartfonlarının yenilənməsini dayandırıb.

2022-ci ilin payızında , 24 oktyabrda mesencerin bu cihazlarda fəaliyyətini tamamilə dayandıracağı gözlənilir. Belə ki, “WhatsApp” iOS-un dəstəklənən versiyasını 12-ci versiyaya yüksəldəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: WhatsApp  





Xəbər lenti