ARB-də müğənninin sinə dekoltesinə görə efiri yarımçıq kəsdilər – VİDEO

   ARB-də müğənninin sinə dekoltesinə görə efiri yarımçıq kəsdilər –    VİDEO
  24 May 2022    Oxunub:1121
Müğənni Kəmalə Qaramollayevanın sinə dekoltesinə görə ifası yarımçıq kəsilib.

Hadisə ARB TV-də yayımlanan “Həmin Zaur” axşam şousunda baş verib.

Kəmalənin ifası zamanı pencəyin önü açıq qaldığından, müğənninin korseti ön plana çıxıb.
Bu zaman verilişin aparıcısı Zaur Kamal müğənniyə “göz-qaşla” pencəyinin yaxa hissəsini bağlamağı işarə edib. Qaramollayeva isə bunu görməzdən gəlib. Nəticədə müğənninin ifası yarımçıq kəsilərək “hava məlumatı”na keçid olunub.

Veriliş yayıma qayıtdıqdan sonra isə Kamalənin pencəyinin ön hissəsini bağlanmış vəziyyətdə olub. (oxu.az)



AzVision.az


Teqlər:





Xəbər lenti