Hava nə vaxt düzələcək?

   Hava nə vaxt düzələcək?
  24 May 2022    Oxunub:707
Nisbətən sərin keçən may ayı sanki qlobal istiləşmə mənzərəsinə uyğunlaşmır. Lakin bu, aldadıcıdır.
AzVision.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, fəsilə uyğun olmayan atmosfer proseslərinin, əlverişsiz hava hadisələrinin bütün dünya üzrə daha tez-tez müşahidə edilməsi həmin iqlim dəyişmələri anlayışının təzahürüdür:

"Lakin təbiətdə hava qədər dəyişkən müqayisə olunası heçnə yoxdur. Belə ki, bu həftənin ikinci yarısında hava sabitləşməyə doğru dəyişəcək. Bu da özünü həm küləyin mülayimləşməsində, həm də temperaturun tədricən yüksəlməsində və əsasən yağmursuz keçməsində göstərəcək".

AzVision.az


Teqlər: Hava  





Xəbər lenti