Allahşükür Paşazadə 15 ildir qazpulu ödəməyib?
Bunu tanınmış jurnalist Əvəz Zeynallı Xural TV-nin “Siyasət meydanı” verilişində deyib. O bildirib ki, “Azəriqaz” əməkdaşları Şeyxin Nərimanovdakı villasında reyd keçirib və qeyri-qanuni qaz xətləri aşkarlayıblar.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, onda belə bir məlumat yoxdur: “Bizimçün hər bir kəs abonentdir. Heç kimin statusu və ya qohumluq əlaqələri abonentlərə göstərdiyimiz xidmətə təsir edə bilməz”. (Qafqazinfo)
AzVision.az
Teqlər: