Rövşən Əsgərov barəsində həbs qərarı çıxarıldı

   Rövşən Əsgərov barəsində həbs qərarı çıxarıldı
  24 May 2022    Oxunub:748
Rusiyanın paytaxtı Moskvada azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərov barəsində şərti olaraq həbs qərarı verilib.
Sözügedən qərarı Moskvanın Basman Rayon Məhkəməsi verib. Qeyd edək ki, aprelin sonu Rusiyada R. Əsgərov barəsində cinayət işi başlanılıb. O, sosial şəbəkələrdəki paylaşımlarında nasizmi bərpa etməkdə ittiham olunur. RF İstintaq Komitəsi müəyyən edib ki, 49 yaşlı Əsgərov feysbukda rusiyalı sərkərdə, SSRİ marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar paylaşıb.

R. Əsgərov isə barəsində açılan cinayət işi ilə bağlı açıqlamasında nasizmi reabilitasiya etmək ittihamlarını rədd edib. O bildirib ki, cinayət işinin açılmasına səbəb olan paylaşımındakı bütün sözlərində böhtan, yalan, nasizmin reabilitasiyası yoxdur. “Heç olmasa, vikipediyada hər şeyi yoxlamaq olar. Onların xəstə fantaziyası var”. R. Əsgərov bir müddət əvvəl Rusiyada axtarışa verilib.

AzVision.az


Teqlər: Rövşən-Əsgərov  





Xəbər lenti