Şoyqu KTMT-ya üzv ölkələrə hərtərəfli dəstək vəd etdi

Şoyqu KTMT-ya üzv ölkələrə hərtərəfli dəstək vəd etdi
  24 May 2022    Oxunub:558
Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv (KTMT) ölkələrinə Qərbin təşkilatın birliyini pozmaq istiqamətində məqsədyönlü fəaliyyəti kontekstində hərtərəfli dəstək verəcək
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

“Qərb dövlətləri məqsədyönlü şəkildə KTMT dövlətləri arasında müttəfiqlik münasibətlərini pozmağa çalışırlar. Müttəfiqlərimizə nə qədər təzyiq edildiyini bilirik. Gizli təhdidlər, şantaj, intriqalardan istifadə olunur. Bütün bunlar bizdən daha böyük birlik, fəaliyyətlərin daha fəal və dəqiq əlaqələndirilməsini tələb edir. Rusiya yaranan təhlükələrin neytrallaşdırılması və suverenliyin müdafiəsi üçün müttəfiqlərinə lazımi yardımı göstərməyə davam edəcək”, - Şoyqu bildirib.

AzVision.az


Teqlər: Şoyqu  





Xəbər lenti