Bildirilir ki, saytda daha ənənəvi "PepsiCo" içkiləri təklif olunmur. Nə "7Up", "7Up Mojito", "Pepsi", nə də "Mirinda"nı sifariş etmək olmur. Onların yanında "sonra olacaq" işarəsini görmək olar. Bunun əvəzinə menyuya Rusiya istehsalı "Çerniqolovka" məhsulları olan "Kola", "Düşes", "Baykal" və portağal dadlı orijinal limonad salınıb.
Xatırladaq ki, martın əvvəlində "PepsiCo" Rusiyada reklam və içki satışını dayandırdığını bəyan etdi. Şirkət eyni zamanda işçilərinin və onların ailələrinin təhlükəsizliyini təmin etmək üçün Ukraynada da fəaliyyətini dayandırıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: