"Pandemiyanın bitməsinə hələ çox vaxt var" - ÜST rəhbəri

         "Pandemiyanın bitməsinə hələ çox vaxt var" -    ÜST rəhbəri
  24 May 2022    Oxunub:1012
Pandemiyanın bitməsinə hələ çox vaxt var. AzVision.az xəbər verir ki, bu barədə ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasının 75-ci iclasında məlumat verib.
“Pandemiya dünyanın ÜST-ə ehtiyacı olduğunun nümayiş etdirib. Mən davamlı maliyyə üzrə İşçi Qrupun növbəti onillikdə icbari ödənişlərin əsas büdcəsinin 50 faizinə qədər artırılmasına dair tövsiyəsini alqışlayıram”, - deyə ÜST-nin Baş direktoru Tedros Qebreyesus bildirib.

"Biz hələ də bir çox problemlərlə qarşılaşırıq və konkret olaraq indi olduğumuz yeri müəyyənləşdirməliyik. Pandemiyanın başa çatmasına hələ çox vaxt var. Biz onunla mübarizəni davam etdirdikcə, səhiyyənin bərpası problemi ilə üzləşirik, çünki üzv dövlətlərin 90 faizi bir və ya bir neçə əsas səhiyyə xidmətinin fəaliyyətində fasilələrin olduğunu bildirir", ‒ deyə o əlavə edib.

AzVision.az



Teqlər: Pandemiya  





Xəbər lenti