Macarıstan Ukraynaya görə fövqəladə vəziyyət elan etdi

   Macarıstan Ukraynaya görə fövqəladə vəziyyət elan etdi
  24 May 2022    Oxunub:746
Macarıstanda fövqəladə vəziyyət elan edilib. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, Macarıstanın Baş naziri Viktor Orban Ukraynadakı müharibəyə görə fövqəladə vəziyyət elan edib.

Onun sözlərinə görə, Ukrayna müharibəsi və Rusiyaya qarşı sanksiyalar səbəbindən dünya iqtisadi böhran ərəfəsindədir.

- Hökumət bu gün gecə yarısından etibarən hərbi fövqəladə vəziyyət elan etmək kimi konstitusion hüququndan istifadə edir. Epidemiya (koronavirus-red.) zamanı tətbiq edilən fövqəladə vəziyyət kimi, bu durum da hökumətə proseslərə dərhal cavab verməyə və Macarıstanı, macar ailələrini bütün mümkün vasitələrlə qorumağa imkan verəcək, - Orban Facebook-da paylaşdığı videomüraciətdə deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Macarıstan  





Xəbər lenti