Yaponiya ilə Rusiya arasında yeni hərbi qalmaqal - VİDEO

   Yaponiya ilə Rusiya arasında yeni hərbi qalmaqal -    VİDEO
  24 May 2022    Oxunub:1103
Yaponiya ilə Rusiya arasında hərbi qalmaqal yaşanıb. AzVision.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata istinad edən yerli saytlar yapon pilotların təhlükəli uçuşlar həyata keçirdiyini yazıblar.
Bildirilir ki, Yaponiya Hərbi Hava Qüvvələrinin F-15 qırıcısı Rusiya Aerokosmik Qüvvələrinin Asiya-Sakit Okean regionunda hava patrulu aparan Tu-95MS strateji raketdaşıyıcısına təhlükəli məsafədə yaxınlaşıb.

Tu-95MS-lərdən birinin bortundan çəkilən kadrlarda F-15 qırıcısının rus “strateq”inin sol qanadıns bir neçə on metrlik məsafəydə yaxınlaşması əks olunub. Daha sonra o rus təyyarəsinin sağ qanadı istiqamətindən oxşar uçuş həyata keçirib.

Qeyd edək ki, Ukrayna müharibəsi başlanandan Rusiya ilə Yaponiya arasında soyuq münasibətlər yaranıb.


Xatırladaq ki, çərşənbə axşamı günü Rusiya Müdafiə Nazirliyi Aerokosmik Qüvvələrin Tu-95MS strateji raketdaşıyıcıları və Çin Hərbi Hava Qüvvələrinə məxsus “Xun-6k” strateji bombardmançılarından ibarət birgə aviaqrupun patrul uçuşu həyata keçirdiyini bəyan edib. Uçuş Rusiyanın Su-30SM qırıcılarının müşayiəti ilə Yapon və Şərqi Çin dənizində həyata keçirilib. Marşrutun müəyyən mərhələlərində qrupu Cənubi Koreya Hərbi Hava Qüvvələrinin F-2 qırıcıları və Yaponiya Hərbi Hava Qüvvələrinin F-15 qırıcıları müşayiət edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Yaponiya   Rusiya  





Xəbər lenti