Zelenski Kremlə şərtini açıqladı

   Zelenski Kremlə şərtini açıqladı
  24 May 2022    Oxunub:365
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqların bərpasına dair şərtini açıqlayıb. AzVision.az xəbər verir ki, o, Yaponiyanın NHK nəşrinə müsahibəsində öz təklifini ortaya qoyub.
Zelenski deyib ki, Ukrayna yalnız o halda Moskva ilə danışıqlar masasına qayıdacaq ki, Rusiya fevralın 24-dən sonra işğal etdiyi Ukrayna ərazilərini geri qaytaracaq.

- Əminəm ki, biz bütün ərazimizi qaytarmalıyıq. Lakin bunun əvəzini ödəməliyik. Biz onu fevralın 24-dən əvvəlki vəziyyətinə qaytarmaq istəyirik. Yalnız bundan sonra danışıqlar masasına oturacağıq, - Zelenski deyib. O qeyd edib ki, ərazilər işğaldan azad edilmədən, Rusiya Federasiyası ilə atəşkəs danışıqları çətin baş tutacaq.

Tural Tağıyev
AzVision.az

Teqlər: Zelenski   Ukrayna  







Xəbər lenti