Ağ Evin keçmiş sözçüsü teleaparıcı olacaq

   Ağ Evin keçmiş sözçüsü teleaparıcı olacaq
  25 May 2022    Oxunub:295
Bu yaxınlarda Ağ Evin mətbuat katibi vəzifəsindən istefa verən Cen Psaki payızdan etibarən MSNBC telekanalına qoşulacaq. O, hazırda işlənmə mərhələsində olan yeni şouya aparıcılıq edəcək.
Psakinin şousunun 2023-cü ilin birinci rübündə təqdim ediləcəyi və siyasətlə bağlı olacağı bildirilir. Qeyd edək ki, Ağ Evin keçmiş mətbuat katibinin artıq televiziya təcrübəsi var. O, 2017-2020-ci illərdə CNN-də siyasi ekspert olub.

AzVision.az

Teqlər: ABŞ  







Xəbər lenti