Bayden silah lobbisinə qarşı

Bayden silah lobbisinə qarşı
  25 May 2022    Oxunub:1043
Silah lobbisinə qarşı hərəkətə keçməliyik. Biz müqəddəs amallar naminə özümüzə sual verməliyik ki, nə zaman silah lobbisinin qarşısını ala bilərik. Bunu etməyin vaxtıdır.
Bunu ABŞ Prezidenti Co Bayden Texas ştatının Yuvalde şəhərindəki ibtidai məktəbdə baş verən atışma ilə bağlı Ağ Evdə çıxışı zamanı amerikalılara müraciətində bildirib. ABŞ prezidentinin sözlərinə görə, ölkədə fəaliyyət göstərən hər bir məmura lobbiyə qarşı hərəkətə keçməyin vaxtı çatdığını başa salmaq lazımdır.

Sadəcə, 18 yaşlı bir gəncin mağazada iki silah ala bilməsi düzgün deyil. Ötən iki onillikdə istehsalçılar bu silahları fəal şəkildə təbliğ etməklə böyük qazanc əldə edirlər. Bunun qarşısını almaq üçün cəsarətli olmalıyıq. Prezident atışma zamanı həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, bundan əvvəl Texas ştatının senatoru ibtidai məktəbdə baş verən atışmada 18-i uşaq olmaqla 20 nəfərin həlak olduğunu bildirib. Daha əvvəl isə şəhər polis idarəsinin nümayəndəsi Pit Arredondo hadisəni törətmiş şəxsin polislər tərəfindən zərərsizləşdirildiyini etiraf edib. Hadisəni 18 yaşlı yerli sakin Salvador Romasın törətdiyi bildirilir.

ABŞ Prezidenti hadisə qurbanlarının xatirəsinə ölkədə və xaricdə hökumət binalarının qarşısında bayraqların endirilməsi barədə sərəncam verib.

AzVision.az



Teqlər: Bayden  





Xəbər lenti