Hindistan şəkər ixracını kəskin məhdudlaşdırdı

   Hindistan    şəkər ixracını kəskin məhdudlaşdırdı
  25 May 2022    Oxunub:945
Hindistanın Ticarət və Sənaye Nazirliyi respublikada istehsal olunan şəkərin ixracına məhdudiyyətlər qoymaq qərarına gəlib.
Bu barədə idarənin xarici ticarət baş idarəsinin yaydığı məlumatda deyilir.

“2021-2022-ci illər mövsümündə (oktyabr-sentyabr) ölkədə şəkərin daxili bazarda mövcudluğunu və onun qiymətini sabit saxlamaq məqsədi ilə mərkəzi hökumət 2022-ci il iyunun 1-dən şəkər ixracının tənzimlənməsi haqqında qərar qəbul edib. Hökumət 10 milyon tona qədər miqdarda şəkərin ixracına icazə verəcək. Məhdudiyyət oktyabrın 31-dək və ya sonrakı xəbərdarlıq edilənə qədər qüvvədə qalacaq”-deyə, məlumatda vurğulanıb.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Hindistan  





Xəbər lenti