Rusiyalı biznesmenlərin 10 milyard avroluq aktivləri donduruldu

   Rusiyalı biznesmenlərin 10 milyard avroluq aktivləri donduruldu
  25 May 2022    Oxunub:1103
Avropa İttifaqı (Aİ) Ukraynadakı cari hadisələrlə əlaqədar Rusiya Federasiyasına qarşı sanksiyalar çərçivəsində rusiyalı iş adamlarının təxminən 10 milyard avro məbləğində aktivlərini dondurub. Bu barədə DPA agentliyi Avropa Komissiyasının (AK) məlumatlarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda rusiyalı sahibkarlar dəyəri 10 milyard avrodan bir qədər az olan dəbdəbəli yaxtalara, daşınmaz əmlaka və digər aktivlərə çıxışı itiriblər. Eyni zamanda, aprelin 8-nə bu rəqəmin cəmi 6,7 milyard avro idi.
Avropa Komissiyası çərşənbə günü (25 may – Red) Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə icazə verən qanun layihəsini təqdim etməyi planlaşdırır. Sonradan, bu vəsait Ukraynanın bərpası üçün istifadə edilə bilər.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Rusiya    





Xəbər lenti