Qırğızıstanda "Putin zirvəsi" nə Ukrayna bayrağı asıldı - VİDEO

 Qırğızıstanda  "Putin zirvəsi" nə Ukrayna bayrağı asıldı -   VİDEO
  25 May 2022    Oxunub:1782
Qırğızıstan dağlarında Rusiya Prezidenti Vladimir Putinin adını daşıyan zirvəyə Ukrayna bayrağı sancılıb. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, bunu edən alpinistlərin adları hələlik məlum deyil.

"Putin zirvəsi"ndə Ukrayna bayrağı ilə çəkilmiş videonu ilk olaraq “Vetka ilə Alpinizm” Twitter səhifəsi paylaşıb.

"Əgər dünyada Putin zirvəsi və Ukrayna bayrağı varsa, deməli, onların görüşü qaçılmazdır. Bayrağı xuliqanlar qaldıraraq zirvədən asıblar. Biz onların kim olduğunu bilmirik", - müəllif yazıb.

Qeyd edək ki, Putin zirvəsi Qırğızıstanın şimalında, Çuy bölgəsindəki Tyan-Şan dağ sistemində yerləşir. 2021-ci ildə zirvəyə Rusiya prezidentinin adı verili.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qırğızıstan   Putin   Zirvə   Bayraq  





Xəbər lenti