Latviya ilə müdafiə sahəsində saziş təsdiqləndi

   Latviya ilə müdafiə sahəsində saziş təsdiqləndi
  25 May 2022    Oxunub:609
Azərbaycan Müdafiə Nazirliyi ilə Latviya Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Sənədə əsasən, 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

AzVision.az



Teqlər: LAtviya  





Xəbər lenti