Ərdoğanın Bakıya səfər tarixi bəlli oldu

    Ərdoğanın Bakıya səfər tarixi bəlli oldu
  25 May 2022    Oxunub:1005
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər edəcəyi tarix məlum olub.
AzVision.az xəbər verir ki, Türkiyə lideri şənbə günü (28 - May) Azərbaycanda səfərdə olacaq. O, Bakıda baş tutacaq “Teknofest-2022” festivalında müsabiqə qaliblərinin mükafatlandırılması mərasiminə qatılacaq.

Mərasimdə həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin "Nobel" mükafatçısı Əziz Sancar da iştirak edəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti