Bu nazirlikdə birinci müavin vəzifəsi ləğv olundu

   Bu nazirlikdə birinci müavin vəzifəsi ləğv olundu
  25 May 2022    Oxunub:984
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv edilib.
AzVision.az xəbər verir ki, bu vəzifə Prezident İlham Əliyevin mayın 24-də imzaladığı “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanla ləğv olunub.

Sənədə əsasən, rəqəmsal inkişaf və nəqliyyat nazirinin 5 müavini olacaq.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsini Əli Abdullayev tuturdu.

AzVision.az


Teqlər:





Xəbər lenti