Bakı metrosundakı texniki nasazlıq yaranıb

   Bakı metrosundakı texniki nasazlıq yaranıb
  25 May 2022    Oxunub:816
Bakı metrosunun "Dərnəgül" stansiyasında qatarda texniki nasazlıq yaranıb. Bunu AzVision.az - a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Köməkçi qatar verilib və qatar ehtiyat yola keçirilir.

Digər marşrutlar üzrə qatarlar "Memar Əcəmi" və "Azadlıq prospekti" stansiyalarından dönmə edərək, sərnişindaşıma prosesini davam etdirirlər.

Texniki nasazlıqla bağlı hazırda hərəkətin tam tənzimlənməsi işi aparılır. İntervallar qısa müddətdə bərpa olunacaq.

AzVision.az




Teqlər:





Xəbər lenti