Zelenski ruslar üçün viza ideyasını dəstəkləyib

   Zelenski ruslar üçün viza ideyasını dəstəkləyib
  25 May 2022    Oxunub:1185
Ukrayna prezidenti Vladimir Zelenski ruslar üçün viza rejiminin tətbiqini tələb edən vətəndaşların petisiyasını dəstəkləyib və hökumətə bu məsələ üzərində işləməyi tapşırıb. Bu barədə TASS məlumat yayıb.
Siyasətçinin müraciəti onun rəsmi saytında yerləşdirilib. O izah edib ki, hərbi əməliyyatlar şəraitində sərhəddə nəzarətin gücləndirilməsi ideyasını düzgün hesab edir.

Ölkənin baş naziri Denis Şmıqal bununla bağlı müvafiq müddəaları hazırlayacaq.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti