"Qərb Ukraynaya təzyiq göstəmək istəyir"- Arestoviç

   "Qərb Ukraynaya təzyiq göstəmək istəyir"-    Arestoviç
  25 May 2022    Oxunub:1045
Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç bəzi Avropa ölkələrinin Ukraynaya Rusiya ilə “əraziləri bölüşdürmək” təkliflərinə emosional reaksiya verib. O, bunu Mark Feyqinlə canlı yayımda deyib.
Onun sözlərinə görə, bu cür “təşəbbüslər” cəbhədə Rusiyanın təzyiqləri və Kiyev, Çerniqov və Sumıya qarşı mümkün yeni hücum cəhdləri fonunda səslənir.

"Bu "çəngəl" nə üçündür? Bu, Kremlin sülhə can atdığını söyləyən Qərb müttəfiqləri üçündür. Deyirlər ki, bunu Kiyev istəmir, gəlin ona təzyiq edək. Rusiyaya cəmi-cümlətanı nə lazımdır ki? Vur-tut, Zaporojye və Xerson. Və sonra Avropada yeni sülh sazişi, ukraynalılar "iştahalarını azaltmalıdırlar.

Bundan sonra biz Avropada hərtərəfli sülhü bərqərar edəcəyik, həmişəki kimi. Biz dəhşətli ərzaq qıtlığını aradan qaldıracağıq”, – Arestoviç bildirib. O, fikrini söyüş söyərək bitirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti