Rafael Ağayev mübarizəni dayandırdı - Avropa çempionatı

   Rafael Ağayev mübarizəni dayandırdı -    Avropa çempionatı
  25 May 2022    Oxunub:1099
Azərbaycan karateçisi Rafael Ağayev Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.
AzVision.az xəbər verir ki, 75 kq çəkidə çıxış edən Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, 5 qat dünya və 11 qat Avropa çempionu 1/16 finalda Panayiotis Loizidesə (Kipr), 1/8 finalda David Podsklaya (Slovakiya) qalib gəlib.

Ancaq təmsilçimiz 1/4 finalda Hamza Turuljaya (Bosniya və Herseqovina) məğlub olub və turnirdə mübarizəni dayandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti