Nazirlik Şabranda uşaq bağçası ilə bağlı yayılan məlumatı araşdırır

 Nazirlik Şabranda uşaq bağçası ilə bağlı yayılan məlumatı araşdırır
  25 May 2022    Oxunub:887
Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumata əsasən bildiririk ki, hazırda məsələ araşdırılır.
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara keyfiyyətsiz verilən qida ilə bağlı fotolar yayılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti