"Bu gün Luqansk vilayətinin təxminən 95%-i işğal olunub" - Qayday

   "Bu gün Luqansk vilayətinin təxminən 95%-i işğal olunub" -    Qayday
  25 May 2022    Oxunub:1048
Bu gün Luqansk vilayətinin təxminən 95%-i işğal olunub. Bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday telekanallardan birinə şərhində bildirib.
O qeyd edib ki, Donbasda vəziyyət “çox pisdir”. Onun sözlərinə görə, Luqansk vilayətinin atəşə tutulması dayanmır, rus ordusu bütün yaşayış məntəqələrini məhv edir. Ona görə də Ukrayna hərbçiləri yeni mövqelər tutmaq üçün geri çəkilməli olurlar. O qeyd edib ki, Luqansk vilayətində Rusiyanın 25 taktiki batalyon qrupu var:

"Hər biri 300-dən 500 nəfərə qədər, çoxlu texnika – onlar daim bütün yaşayış məntəqələrini atəşə tuturlar, Severodonetsk isə sadəcə olaraq məhv edilir”.

Qayday Luqansk vilayətinin nə qədər ərazisinin işğal olunduğunu soruşduqda belə cavab verib: “Təxminən 95%”.

“Amma təqribi hesablamalara görə, Severodonetskdə 15 minə qədər sakin, ümumilikdə isə bizim nəzarətimizdə olan Luqansk vilayətində 40 mindən çox insan qalıb”, - deyə o əlavə edib. Bildirib ki, insanların 99 faizi oranı tərk etmək istəmir.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti