Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb

   Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb
  26 May 2022    Oxunub:1222
ABŞ Prezidenti Cozef Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytı məlumat yayıb. Prezident Bayden Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini irəli sürüb. Qeyd edək ki, nazir-müşavir rütbəsinə malik Libbi hazırda Vaşinqtonda, Milli Müharibə Kollecində Dövlət Departamenti fakültəsinin müşaviri vəzifəsində çalışır. O, polyak və fransız dillərini mükəmməl bilir.

Diplomat Vaşinqtonda Dövlət Departamentinin Əməliyyat Mərkəzində Böhranların İdarə Edilməsi üzrə Direktor müavini, Mərkəzi Avropa İşləri Ofisində Direktor müavini, Cənubi Avropa İşləri İdarəsinin direktoru və Xarici Xidmət İnstitutunda Orientasiya Direktoru postlarında işləyib. Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti bu ilin iyul ayında başa çatır.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti