"Texnofest-Azərbaycan" festivalı başladı - VİDEO

 "Texnofest-Azərbaycan" festivalı başladı -  VİDEO
  26 May 2022    Oxunub:1409
Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı artıq start götürüb.
AzVision.az xəbər verir ki, 4 gün davam edəcək tədbirin açılışı musiqi proqramları ilə olub. Daha sonra rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev açılış nitqi söyləyəcək. Eyni zamanda “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktarın, eləcə də Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank da çıxış edəcəklər.



Gün ərzində festival iştirakçılarına müxtəlif aviaşoular, robot şou, külək tunelində şoular nümayiş olunacaq. Birinci günün sonunda təşkil ediləcək konsert proqramında xalq artisti Aygün Kazımova, Nigar Camal, Azad Şabanov və digərləri festival iştirakçılarını şənləndirəcək.
Günün sonunda isə hər kəsi maraqlı lazer şou gözləyir.

















***
Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı işə başlayır. AzVision.az xəbər verir ki, tədbir 4 gün davam edəcək.

“TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunur.

“TEKNOFEST Azərbaycan”ın yerli təşkilatçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Bununla əlaqədar qurumda Təşkilat Komitəsi və işçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanıb, icra olunması üçün aidiyyəti qurumlara göndərilib. Festivalda 4 gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır. Bu il mayın 20-si tarixinə olan məlumata əsasən, 45 682 ziyarətçi qeydiyyatdan keçib, akkreditasiya sayı isə 9 897-dir.



Tədbirdə qlobal bazarlara çıxış potensialı olan startapçıların, yerli və əcnəbi mentorların, xarici ölkələrdən investorların və vençur fondların iştirakı nəzərdə tutulur. Tədbirdə iştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.



Festival çərçivəsində "SMART QARABAĞ" Hakatonu keçirilir. Hakatonun məqsədi işğaldan azad edilmiş ərazilər üçün “ağıllı” şəhər, kənd, ev təsərrüfatı, nəqliyyat və s. həllərin yaradılmasıdır. Burada iştirak üçün 188 müraciət (151-i Azərbaycandan, 57-i Türkiyədən) daxil olub. Finala Azərbaycandan 21, Türkiyədən 10 komanda olmaqla ümumilikdə 85 iştirakçı vəsiqə qazanıb.











































Aytən Zəhra
AzVision.az

Teqlər: TEKNOFESTAzərbaycan  







Xəbər lenti