ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvi şərtini açıqladı

  ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvi şərtini açıqladı
  26 May 2022    Oxunub:1138
Rusiya Ukraynadakı hərbi əməliyyatı dayandırmayana qədər ABŞ bu ölkəyə qarşı qeyri-ərzaq məhdudiyyətlərini ləğv etməyəcək. AzVision.az -ın məlumatına görə, bunu keçirdiyi brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.
“Biz Rusiyadan ərzaq təhlükəsizliyi və qlobal təchizat məsələsi ilə bağlı bir sıra bəyanatlar eşitmişik. Bu iddialara baxmayaraq, ABŞ sanksiyaları Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına mane olmur.

ABŞ-ın sanksiyaları Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin ixracını qadağan etmir. Düşünürəm ki, biz Rusiyanın verdiyi müxtəlif vədlərə şübhə ilə yanaşmalıyıq. Biz Rusiya ərzaqlarına qarşı sanksiyalar tətbiq etməmişik. Qeyri-ərzaq sanksiyaları Rusiya hərbi əməliyyatı dayandırana qədər qalacaq”-deyə, o bildirib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti