Hərbi pilotlarımız beynəlxalq təlimdə - VİDEO

   Hərbi pilotlarımız beynəlxalq təlimdə -  VİDEO
  26 May 2022    Oxunub:928
Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Təlim çərçivəsində tapşırıqların xəritə üzərində dəqiqləşdirilməsi və hədəf hesabatı, paraşüt hazırlığı üzrə çalışmalar, helikopterlərlə təlim uçuşları və senariyə uyğun olaraq qəza etmiş aviasiya vasitəsi ekipajlarının axtarış-xilasetmə əməliyyatları yerinə yetirilib.



Azərbaycanın müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov təlimin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edib. Azərbaycan HHQ-nin hərbi qulluqçuları ilə görüşən nazir müavini şəxsi heyətin peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib.

AzVision.az



Teqlər: Hərbi-pilot  





Xəbər lenti