Lisiçansk güclü atəşə tutulub: 3 nəfər ölüb

   Lisiçansk güclü atəşə tutulub:    3 nəfər ölüb
  26 May 2022    Oxunub:695
Rusiya ordusu Lisiçanskı güclü və uzunmüddətli artilleriya atəşinə tutub. Nəticədə 3 nəfər həlak olub. AzVision.az xəbər verir ki, bu barədə Luqansk Regional Dövlət Administrasiyasının sədri Sergey Qayday məlumat yayıb.
- Düşmən Ustinovka yaxınlığında müdafiəsilərimizə hücum etmək istəyib. Eyni zamanda bu kəndi və yaxınlıqdakı Lisiçansk şəhərini artilleriya atəşi ilə dağıdıb. Nəticədə Ustinovkada 2, Lisiçanskda isə 1 nəfər həlak olub. Humanitar yardım mərkəzinə də mərmi düşüb. Luqansk vilayətinə ərzaq çatdıran könüllülərin avtomobili zədələnib, - Qayday deyib.


Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti