Səlim Müslümov ev dustaqlığına buraxıldı

   Səlim Müslümov ev dustaqlığına buraxıldı
  26 May 2022    Oxunub:1503
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib.
AzVision.az xəbər verir ki, bu barədə Səbail rayon Məhkəməsində qərar çıxarılıb. Məhkəmənin qərarına əsasən, Səlim Müslümovun səhhəti ilə bağlı onun barəsində qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, S.Müslümov barəsində olan korrupsiya əməllərinə görə ötən ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

Xatırladaq ki, Səlim Müslümovun ev dustaqlığına buraxılması barədə xəbəri ilk olaraq unikal.org saytı yayıb.

AzVision.az


Teqlər: Nazir  





Xəbər lenti