Abşerondakı palçıq vulkanlarına yeni yol çəkildi - VİDEO

Abşerondakı palçıq vulkanlarına yeni yol çəkildi -    VİDEO
  26 May 2022    Oxunub:886
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolunun tikintisini yekunlaşdırıb.
AzVision.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Məlumata görə, 3-cü texniki dərəcəyə uyğun inşa edilən, ümumi uzunluğu 21 kilometr olan yeni yolun torpaq yatağının eni 12 metr təşkil edir. Görülən işlər çərçivəsində torpaq yatağı və yol əsasının inşası, suötürücü borular yenilənib, asfalt-beton örtüyü döşənib, yol nişanları, siqnal dirəkləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib.



AzVision.az



Teqlər: Yol  





Xəbər lenti