"Ukrayna müharibəsi qlobal resessiyaya səbəb olacaq" - Dünya Bankının rəhbəri

   "Ukrayna müharibəsi qlobal resessiyaya səbəb olacaq" -    Dünya Bankının rəhbəri
  26 May 2022    Oxunub:729
Rusiyanın Ukraynada başlatdığı müharibə, onun ərzaq və enerji qiymətlərinə, eləcə də gübrələrə təsiri qlobal resessiyaya(geriləmə,çökmə-red.) səbəb ola bilər. AzVision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Ukrayna müharibəsi 70-dən çox ölkənin defoltuna səbəb ola bilər" - BMT
Nəşr Dünya Bankının prezidenti Devid Malpasa istinad edərək yazır ki, dünya iqtisadiyyatı yeni dönəmə qədəm qoyur.

Qeyd edilir ki, ABŞ Ticarət və Sənaye Palatasının ev sahibliyi etdiyi tədbirdə çıxış edən Malpas dünyanın dördüncü böyük iqtisadiyyatına malik olan Almaniyada enerji qiymətlərinin artması səbəbindən artıq iqtisadiyyatın əhəmiyyətli dərəcədə yavaşladığını deyib. O fikirlərinə onu da əlavə edib ki, gübrə istehsalının azaldılması digər ölkələrdə də mövcud vəziyyəti daha da pisləşdirə bilər.

- Qlobal ÜDM-ə baxsaq, hazırda tənəzzüldən necə qaça biləcəyimizi görmək çox çətindir, - Malpas deyib. O, konkret proqnoz da verməyib.

Dünya Bankının rəhbəri hesab edir ki, Ukrayna və Rusiya iqtisadiyyatında əhəmiyyətli geriləmə müşahidə olunacaq, Avropa, Çin və ABŞ-da isə iqtisadi artım yavaşlayacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Müharibə   İqtisadiyyat  





Xəbər lenti