Bayraktar: “Kanada PUA-ların istehsalına zərər vura bilmədi”

      Bayraktar:    “Kanada PUA-ların istehsalına zərər vura bilmədi”
  26 May 2022    Oxunub:1270
“Kanada “Bayraktar” TB2 pilotsuz uçuş aparatlarının kameralarının tədarükünü dayandırsa da, PUA-ların istehsalına zərər vura bilmədi”.
AzVision.az xəbər verir ki, bu fikirləri “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar “TEKNOFEST Azərbaycan”da çıxışı zamanı deyib.

“Bununla tam tərsi bizim işimizə daha da sürətli davam etməyimizə şərait yaratdı. Müdafiə sənayesi sahəsində Türkiyə bu gün dünya ölkələri arasında ən ön sıralardayıq. Buna görə müdafiə sənayesi sahəsində insansız idarə edilən aparatlardan tutmuş digər texnikalara qədər çox inkişaf etmişik”-deyə, o bildirib.

Qeyd edək ki, Kanadanın "Telemus Systems Inc." şirkəti Vətən Müharibəsində Azərbaycanın işğalçı Ermənistan ordusuna qarşı “Bayraktar” TB2 pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi üçün Türkiyəyə embarqo tətbiq etmişdi. Şirkət Türkiyə istehsalı olan PUA-ları müşahidə kameraları və digər elektron avadanlıqlarla təchiz edirdi.

Aytən Zəhra
AzVision.az


Teqlər: PUA  





Xəbər lenti